Erməni hərbçilər Qarabağdan nə zaman çıxacaq? - AÇIQLAMA

Erməni hərbçilər Qarabağdan nə zaman çıxacaq? - AÇIQLAMA

Qarabağdan erməni hərbçilərin çıxması zamanla mümkün olacaq. Sosial şəbəkələrdə yayılan görüntülərdən, Ermənistan siyasi qüvvəllərinin və qondarma rejimin "nümayəndələri”nin açıqlamalarından da aydın olur ki, onlar ərazini tərk edirlər.

Miq.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, yaxın zamanda Azərbaycanın Xankəndidə, Xocalıda və Xocavənddə de-fakto yurisdiksiyası təmin olunacaq:

"Azərbaycan torpaqlarını 3 fazada işğaldan azad etdi və etməkdədir. Birinci müharibə, ikinci hərbi-siyasi yol idi. Üçüncü faza isə siyasi-iqtisadi amillər üzərində qurulacaq. Yəni onlara həm siyasi, həm iqtisadi təzyiq olacaq. Bəziləri düşünür ki, Xankəndidə, Xocalıda və Xocavənddə yaşayan erməni əhalisi Azərbaycanın suverenliyini qəbul etməyəcək.

Bunu düşünənlər böyük yanlışlığa yol verirlər. Qarabağdakı erməni əhalisinin başqa çarəsi yoxdur, ac qala bilərlər. Çünki Azərbaycan qanunsuz yolla oraya gələn daşınmaların qarşısını alacaq”.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az