Ermənilərin ikinci böyük düşməni

Ermənilərin ikinci böyük düşməni
Sarkisyan kimi bir nəfər də susur

Əgər baş nazir Ermənistandakı parlament seçkilərində saxtarkarlıq olduğunu etiraf etsə, o, erməni xalqının qəhrəmanı ola bilər. Bunu jurnalistlərlə görüşündə Ermənistanın müxalifətçi "İrs" partiyasının lideri Raffi Ovanesyan bəyan edib.

Mətbuat nümayəndələrinin ona ünvanlanan "sizcə, 2017-cı ilin aprelindən sonra baş nazir Karen Karapetyan etimadı doğruldacaqmı?" sualına cavabında o, deyib ki, prezident Sarkisyan yaxşı-yaxşı düşünməlidir ki, xalq onu niyə sevmir və etimad göstərmir. Hamı bilir ki, o hansı yollarla prezident olub. Sitatın sonu.

"Sarkisyan hakimiyyətdən getmək üçün saxtakarlığa yol veribmi?" sualına gəldikdə isə, Ovanesyan deyib ki, o, öz varisini hazırlamaq üçün belə edib.

"Karen Karapetyana gəldikdə isə, o İrəvan meri olub. Tez bir zamanda başa düşüb ki, bu yer onluq deyil və Moskvaya qaçıb. Əgər o, xalqa öz biznesi, otel və kurort yerləri barədə danışsa, bu, daha yaxşı olar. Amma o, Sarkisyan kimi susmağa üstünlük verir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az