"Ermənistan asan olmayan siyasi dönəmi yaşayır. Hesab edirəm ki, Ermənistandakı siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistandakı seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin intensivləşməsi imkanının olub-olmaması ilə bağlı suala cavabında bildirib.
"Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini müəyyən edəcəklər. Bundan sonra, mənə elə gəlir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərəm ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Ona görə də, bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır”, – deyə o vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR