Ermənistan “İskəndər”ləri belə əldə edib
İrəvanın qızıl qiymətinə satılan bəzi məhsulları
Bu ilin birinci yarısında Ermənistandan Rusiyaya ixrac edilən pomidorun kiloqramının qiyməti 40 sent təşkil edib.
İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan "Haykakan jamanak” qəzetinin yazdığına görə, 2017-ci ilin birinci rübündə Ermənistandan Rusiyaya 8,3 min ton pomidor göndərilib və onların müqabilində 3,378 milyon dollar alınıb. Həmin müddət ərzində isə Ermənistanda pomidorun kiloqramının topdansatış qiyməti 900 dram, yəni 1 dollar 90 sent ətrafında dəyişib.
Göründüyü kimi, Ermənistan fermerləri Rusiyaya pomidoru 1,5 dollar ziyanla ixrac ediblər. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Azərbaycandan Rusiyaya ixrac edilən pomidorun kiloqramının qiyməti 1,2 dollar ətrafında dəyişib, yəni erməni fermerlər pomidoru Rusiyadapkı bazar qiymətlərindən 3 dəfə ucuz satıblar. Böyük ehtimalla bu, erməni pomidorunun keyfiyyətinin aşağı olması ilə bağlı olub.
Ümumiyyətlə, Ermənistan mətbuatını izlədikdə bu ölkənni bazarında Türkiyə pomidorlarının çox satıldığını müşahidə etmək mümkündür. Bu yaxınlarda İrəvan bazarına üzərində rusja Qarabağ yazılmış qablamalarda Türkiyə pomidorları müşahidə edilib. Antaliyada becərilən həmin məhsulları Sevda adlı azərbaycanlı qadına və onun türkiyəli ərinə məxsus firma ixrac edirmiş.
Həm də bu, Serj Sarkisyan hakimiyyətinin təzyiqi altında da baş verə bilər. Hər halda, son xəbərlər göstərir ki, Ermənistanda büdcə gəlirləri ilə və dramın məzənnəsi ilə bağlı problemlər yaşanır.
Ermənistanda bir çox vacib dövlət qurumlarında ciddi ixtisarlar gözlənilir. Məsələn, vergi xidmətində bütün yüksək vəzifəlilər ixtisa ediləck, çünki onlara veriləcək pul yoxdur. Həmçinin, Ermənistanın dövlət büdcəsindən dotasiya alan 315 bələdiyyənin də ləğv edilməsi nəzərdə tutulur.
Amma Ermənistan pomidorları Rusiyaya Avrasiya İttifaqının daxili qiymətləri ilə də satıla verilə bilər. Hər halda, Avrasiya İttifaqı çərçivəsində alış-verişdə əksər qiymətlər real dəyərindən çox-çox aşağı olur. Məsələn, ekspert rəylərinə görə, Ermənistanın Rusiyadan 200 milyon dollar kredit müqabilində aldığı silahların real bazar dəyəri 3 milyard dolları ötür. Ermənistana verilmiş "İskəndər” raketləri də, "Osa” zenit raket kompleksləri də bu kredit çərçivəsində əldə edilib.
Miq.az