Ermənistana yeni hücumun anonsu
Ermənistan Fövqəladə Hallar Nazirliyi həyəcan siqnalı yayıb
Sürünən yırtıcılar Ermənistanı çox sevirlər. Düzdür, erməni mətbuatı artıq yazmağa başlamışdı ki, bu Cənubi Qafqaz respublikasına ilanların hücumu dayanıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti yenidən bəyan edib ki, çağırılmamış qonaqların yeni hücumu barədə siqnal alıb.
İlanlar ən gözlənilməz yerlərdən aşkar edilir. Son günlərdə onların mənzillərdə və yaşayış binalarında aşkar edilməsi çoxalıb. Ermənistan Respublikasının ilanları nəyi ilə cəlb etməsi aydın deyil. Havanın yüksək temperaturu çətin ki, buna səbəb olsun. Məsələn, Orta Asiya respublikalarında temperatur daha yüksəkdir.
Hələ ki, mütəxəssislər cürbəcür nəzəriyyələr irəli sürürlər və mübarizə üsullarını müzakirə edirlər. Onların hücumu görünməmiş miqyas alır. Artıq bu respublikanın çox şəhər və kəndlərində insanlar düşünürlər ki, bəlkə, bu görülən bəd əməllərə görə Allahın cəzasıdır. Bu, gerçəyə daha çox uyğundur.
Son 25 ildə Ermənistan çox bəlalara səbəb olub. Bu məsələdə günahın əsas hissəsinin sadə adamların deyil, siyasətçilərin boynuna düşür. Bu sürünən yırtıcılar kasıb ermənilərin komalarına deyil, hakimiyyətdə olanların, zənginlərin saraylarına hücum etsəydi daha yaxşı olardı. Bəlkə də ilanlar Ermənistan rəhbərliyini başa salardı ki, belə yaşamaq olmaz və bəd əməllərdən əl çəkmək lazımdır. //İstipress.com
Miq.az