Ermənistanda daxili "terror"

Ermənistanda daxili
Aclıq cinayətlərin artmasına səbəb olub

Ermənistanda işsizlik, ərzaq qiymətlərinin bahalaşması, aclıq əhali arasında cinayətlərin artmasına rəvac verib. Son üç gündə artıq üçüncü silahlı basqın qeydə alınıb ki, bundan da ən çox sadə erməni sakini əziyyət çəkir.

Erməni mətbuatının yazdığına görə, sonuncu hadisə Armavir vilayətində baş verib. Naməlum şəxs dəmir linglə Avetisyan küçəsi, 109-da yaşayan Rimma Mxitaryanın evinə silahlı basqın edib. Qadından qızıl və 120 min dram pul götürərək qaçıb. Polis onun tapılıb cinayət məsuliyyətinə cəlb edilməsi üçün axtarışlar aparır.

Bundan iki gün əvvəl isə Araqaçot vilayətində üç nəfər şəxs Şamir kəndində evlərdən birinə silahlı basqın etmiş, lakin müqavimət nəticəsində qaçmağa nail olmuşdu.

Qeyd edək, Ermənistanda real işsizlik səviyyəsi daha yüksəkdir. Ölkədən Rusiyada 650 min adamın əmək miqrantı kimi işlədiyi nəzərə alınarsa, Ermənistanda real işsizlik səviyyəsinin 30%-dən yüksək olduğunu ehtimal etmək mümkündür. Bunu ölkə üzrə yoxsulluq səviyyəsinin həddindən yüksək olması da isbatlayır. İrəvanda dərc olunan "168 jam”qəzetinin yazdığına görə, Dünya Bankının normativləri ilə hesabladıqda Ermənistanda əhalinin 76%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu həm də ölkədən əhalinin miqrasiyasını gücləndirir. //İstipress.com
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az