Gürcüstanın Bolnisi rayonunun icra başçısı Qoqi Mişveliani hazırda Ermənistanda saxlanılan azərbaycanlı Turqay Mikayılovun ailəsinə baş çəkib.
Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, o, üç uşaq atası olan T. Mikayılovun ailəsinin durumu ilə maraqlanıb, ailəyə və xüsusən yeni doğulan uşağa yardım göstərilməsi barədə aidiyyəti təşkilata göstəriş verib.
T. Mikayılovun qohumu Məhəmməd Bayramov bildirib ki, Q. Mişveliani Turqayın tezliklə azadlığa buraxılacağını bildirib. İcra başçısı deyib ki, Gürcüstan hökuməti Turqayın azad olunması üçün danışıqlar aparır. Q. Mişveliani söhbət zamanı onu da əlavə edib ki, sentyabrda T. Mikayılovun işi ilə bağlı İrəvanda məhkəmə keçiriləcək. Məhkəmədən sonra o, Gürcüstana təhvil veriləcək.
M. Bayramov bildirib ki, dünən Turqay Mikayılov ailəsi ilə telefonla danışıb: "O deyib ki, məhkəməsi sentyabrın əvvəlində İrəvanda olacaq və sonra onu Gürcüstana təhvil verəcəklər. Turqay əlavə edib ki, məhkəmə ona cərimə kəsə bilər".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL