Ermənistanın vəzifəli şəxsinin qardaşı Qarabağda “Artsaxbank” rəhbərinin evini bombaladı...

Ermənistanın vəzifəli şəxsinin qardaşı Qarabağda “Artsaxbank” rəhbərinin evini bombaladı...

"Yəqin, tezliklə Xankəndindəki "Artsaxbank”ın yerində "Qarabağbank” olacaq...”
 
Xəbər verildiyi kimi, dünən Azərbaycanın Xocavənd rayon mərkəzində sülənən erməni sakinlərdən biri digərinin evinə əl qumbarası atıb.
 
Moderator.az xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, hadisənin təfərrüatları bəlli olub.  
 
"Ermənistan Təhlükəsizlik Şurasının katibinin müşavirinin qardaşı "Artsaxbank” rəhbərinin  evinə əl qumbarası atıb”.
 
"Mediaport”-un yaydığı xəbərdə belə deyilir. 
"Dünən Qarabağda qəribə bir hadisə baş verib. Martunidəki "Artsaxbank" rəhbərinin evinə əl qumbarası atılıb. Sonra məlum oldu ki, əl bombasını atan Narek Qəhrəmanyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın müşaviri olan Sevak Qəhrəmanyanın doğma qardaşıdır” – erməni nəşri daha sonra yazır.
 
P.S. Deməli, düşmənlərimiz bir-birinin canına daraşıb. Yəqin, tezliklə Xankəndindəki "Artsaxbank”ın yerində "Qarabağbank” olacaq... 
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az