
İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında o, ilk döyüşə girir. İki dəfə yaralanır, ağır kontuziya alır, ancaq yenidən cəbhəyə qayıdır. Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçir.
***
Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik bölüyə başçılıq edir. Komandirlə mübahisəsi zamanı haqlı olduğunu sübut etməyə çalışarkən onunla söyüşdüyünə görə, Ziya Bünyadov "cərimə rotası”na göndərilir və bir il orada qalır.
***
1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Cəbhədəki qəhrəmanlıqlarına görə o, Lenin, Qırmız Ulduz, Aleksandr Nevski ordenləri və s. orden və medallarla təltif edilib.

Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olur. Tahirə adlı xanımla ailə qurur. Onların Heydər və Cəmil adlı iki oğlu dünyaya gəlir.
***
Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərini ortaya qoyub. O, bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarıb, 1937-ci ilin qurbanlarını xalqa tanıdıb.

1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib. Professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcümə edib.
***
Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edərək deyib: "Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır”.

1990-cı illərdə Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri olub. Ziya Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab verib.
***
1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bədəninə çoxsaylı öldürücü zərbələrə vurulub. Akademikin "Hizbullah" üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir. Ziya Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçəndə öldürülüb.