Gəncə polisi qadını lüt şəkillərlə şantaj edən şəxsi tutdu
Gəncə şəhərində şantajla məşğul olan şəxs tutulub.
Miq.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı” ləqəbli şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər göndərdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbə sakini Məhərrəm Qurbanov saxlanılıb.
Araşdırma aparılır.
Miq.az