Gəncə sakini həmyerlisini güllələdi

Gəncə sakini həmyerlisini güllələdi
Gəncədə silahlı insident olub.

Miq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, oktyabrın 17-də şəhər sakini Röyal İsmayılov həmyerlisi Mətləb Həsənzadəyə tüfəngdən atəş açaraq xəsarət yetirib.

R. İsmayılov Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun evinin həyətindəki yardımçı təsərrüfata baxış zamanı hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş "TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az