Gəncə sakini öz mənzilində ölü tapılıb

Gəncə sakini öz mənzilində ölü tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhərinin Nizami rayonunda mənzildə 1941-ci il təvəllüdlü Səfərov Yusif Məhi oğlunun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
Səfərovun meyitini aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:39-da başa çatıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az