Gəncədə maşın yolu keçən müəlliməni vurub öldürdü

Gəncədə maşın yolu keçən müəlliməni vurub öldürdü
Gəncədə piyadanın ölməsi ilə nəticələnən yol qəzası baş verib.

"Report”un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"Lada Priora” markalı avtomobil 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızını vurub. Qadın hadisə yerində ölüb. Onun şəhərdəki 7 saylı orta məktəbin müəlliməsi olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az