Gəncədə odlu silahla qətlə yetirilən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Gəncədə odlu silahla qətlə yetirilən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Gəncədə qətlə yetirilən şəxsin kimliyi məlum olub. Məlumata görə odlu silahla qətlə yetirilən Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovdur.
 
Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
 
***** 00.24
 
Gəncədə qətl törədilib. APA-nın verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.
 
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
 
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.  

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az