Generaldan Paşinyana ağır sözlər: “Əxlaqsız, yalançı...”

Generaldan Paşinyana ağır sözlər: “Əxlaqsız, yalançı...”

Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general Onik Qasparyan Baş nazir Nikol Paşinyanın açıqlamasına cavab verib.

Miq.Az xəbər verir ki, general baş naziri yalan danışmaqda ittiham edib.

Qasparyan "Joxovurd” qəzetinə açıqlamasında onu əxlaqsız adlandırıb: "Bu əxlaqsız yalançıdan başqa bir şey gözləirəm. Noyabrın 17-də verdiyim açıqlamada söylədiyim sözləri bir daha təsdiqləyirəm. Baş nazir və Təhlükəsizlik Şurasının katibi həyasızcasına həqiqəti təhrif edirlər, əllərindəki gücdən istifadə edərək cəmiyyəti çaşdırırlar”.

Qeyd edək ki, Paşinyan bundan əvvəl Qasparyanın Qarabağdakı müharibənin dördüncü günü ona savaşı ən qısa müddətdə bitirməyin lazım olduğunu bildirmədiyini söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az