Gərgin gecə: Əraziləri İran PUA-ları ilə vurdular
Rusiya ordusu gecə saatlarında Krasnodar vilayətindən Ukrayna ərazilərinə İran PUA-ları ("Şahid”) ilə zərbələr endirib.
Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Ümumilikdə Ukrayna ərazilərinə 18 "Şahid” dronları atılıb.
Cənub və şərq bölgələrində zenit müdafiəsi işləyirdi.
Ukrayna ordusunun zenit-raket qoşunlarının bölmələri, qırıcı təyyarələri və mobil atəş qruplarının apardığı əməliyyatlar nəticəsində 12 "Şahid” məhv edilib.
Miq.Az