Gürcüstana 40 kiloqram çəkidə qızıl və zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
Miq.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram çəkidə gümüş əşyaları Türkiyədən gətirib və "Sarpi" gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib. "Mercedes Benz" markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR