“Gürcüstanda ruslara nifrət edirlər” – Lavrovdan şok sözlər

“Gürcüstanda ruslara nifrət edirlər” – Lavrovdan şok sözlər
"Qərb ölkələri Gürcüstandakı millətçilik və rusofobiyanı görməzdən gəlirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Qərbi Gürcüstan-Rusiya münasibətlərini qırmaqda ittiham edib:
"Qərbdən kuratorlar ortaq tariximizi yenidən yazmaq, ölkələrimiz arasındakı əlaqələri qoparmaq üçün Gürcüstandakı millətçiliyi və rusofobiyanı görməzdən gəlirlər. Buna gözlərini bağlamağa hazırdırlar.
Amma biz ABŞ və müttəfiqlərinin dünya səhnəsindəki oyunlarını diqqətlə izləyirik”.
Əlavə edək ki, ötən həftədən Gürcüstanda Rusiya əleyhinə etiraz nümayişləri başlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az