Bunu AzNews.az-a açıqlamasında əməkdar incəsənət xadimi, aktyor və kinorejissor Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı və hazırda baş nazirin müavini Hacıbala Abutalıbovla aralarında olan qalmaqalla bağlı məhkəmə qərarının icra olunmamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, baş nazirin müavini təyin edilən Hacıbala Abutalıbov Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarını icra etməyib:
"Yaxşı olardı ki, onu birdəfəlik Əzrayıl aparardı. Dövlətin məmuru Azərbaycan dövləti adından çıxardığı məhkəmə qərarını saya salmır. Bu adam müqəddəs qanunu saymırsa, yenidən vəzifəyə gedirsə, yüksəlirsə, mən dəhşətə gəlirəm. Hacıbala deyirdi ki, "mənə heç kim heç nə edə bilməz”. Evimi yeraltı qaraj tikəndə ucurdular. Həmin tikinti şirkəti isə Hacıbala Abutalıbova məxsusdu, qohum-əqrabaları işlədir. Mən nə istəyirəm ki? Evimi ucurubsan, ya evimi ver, ya da pulumu... Axı 3 məhkəmə məhkəmə qərar verib. Mənim xidmətlərim yüz Hacıbala kimisinin xidmətindən çoxdur. Bu xalq üçün tarix yazıram”.
Əbdül Mahmudbəyov qeyd edib ki, məsələ ilə bağlı 4 ildir ki, 3 məhkəmənin qərarı var:
"Onu icra edən yoxdur. Hara baxır Ədliyyə naziri? Niyə camaatı narazı salırsınız? Məhkəmə qərarı varsa, icra olunmalıdır. Evimi ucurub, utanmadan da məhkəmələrə şikayət edib. Bir ara yalan buraxmışdı ki, "Mən ona yüz dənə təklif edirəm, heç birinə razı olmur”. Dedim yalançının evi yıxılsın. 7 nəfər para-para olan evin içində yaşayır. İçəri toz tökülür. O, kimdir ki, mən ondan nə istəyim? Hacıbala kimiləri mənim dədəmin-babamın qarşısında nökər işləyib”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ