Heç kim bizə əmr verə bilməz - Prezident

Heç kim bizə əmr verə bilməz - Prezident
Bizə heç kim əmr verə bilməz, müstəqil ölkəyik.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın Co Baydenin işi ilə bağlı ona təzyiqlər etməsi yönündəki iddiaları növbəti dəfə şərh edərkən deyib.
"İstintaqı normal qarşılayırıq, lakin bunun mənimlə əlaqəsi yoxdur. Müstəqil idarələrimiz hər hansı qanun pozuntusunu araşdırmağa hazırdır”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Donald Trampın sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin Ukraynada biznes fəaliyyəti göstərən oğlu ilə bağlı araşdırılma aparılması üçün Zelenskiyə təzyiq etdiyi haqda məlumat yayılıb. Nümayəndələr Palatası buna görə impiçment araşdırmasına başlamaq qərarı verib, Ağ Ev isə telefon danışığının stenoqramını yaymaqla məlumatı təkzib edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az