Həkəri körpüsündə həyat hələlik rusca və ermənicə davam edir, AMMA...-FOTO

Həkəri körpüsündə həyat  hələlik rusca və ermənicə davam edir, AMMA...-FOTO

Gəlirik Laçın, gəlirik... Çünki Şuşaya çatdığımız kimi sənə də çatmasaq, işimiz yarımçıq qalacaq...
 
Artıq  2020-cilin yazındakı kimi yalnız gözümüz  yol çəkmir, özümüz; əlimiz, texnikamız da gerçək mənada yol çəkir – Xudafərindən Qubadlıya – Laçına – Arazdan Həkəriyə...
 
Ermənilər sosial şəbəkələrdə bu fotonu paylaşaraq hazırda faktiki olaraq Rusiya və Ermənistanın nəzarətində qalan Laçın şəhəri yaxınlığında - Həkəri çayı üzərindəki körpünün  6 aydan çoxdur hələ də təmir olunmadığından gileylənirlər.
 
Moderator.az isə xatırladır ki, Azərbaycan xalqı, xüsusən də Qarabağdan, Laçından olan məcburi köçkünlər  29-cu ildir Laçın şəhərinin, o cümlədən Həkəri çayı üzərindən keçən bu körpünün həsrəti ilə yaşayırlar.
 
Hələlik fotodan da göründüyü kimi, bəhs edilən körpü üzərində həyat rusca və ermənicə davam edir.  Amma bizim artıq 2020-ci ilin yazındakı kimi yalnız gözümüz  yol çəkmir, özümüz; əlimiz, texnikamız da gerçək mənada yol çəkir – Xudafərindən Qubadlıya – Laçına – Arazdan Həkəriyə... İnşallah, Həkəriyə-Laçına çatıb o körpünü də özümüz təmir edəcəyik...
 
Gəlirik Laçın, gəlirik... Çünki Şuşaya çatdığımız kimi sənə də çatmasaq, işimiz yarımçıq qalacaq...
 
Xatırladaq ki, Həkəri çayı üzərindəki sözügedən körpü 44 günlük müzəffər savaşının ilk günlərində - 2020-ci il oktyabrın 2-də işğalçı erməni ordusunun Qarabağdakı birləşmələrinin təchizatını əngəlləmək məqsədi ilə Azərbaycan ordusu tərəfindən  raketlə vurulmuşdu...
 
Sultan Laçın 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az