Həmkəndlisini bıçaqlayan Xaçmaz sakini 14 il cəza aldı - FOTO

Həmkəndlisini bıçaqlayan Xaçmaz sakini 14 il cəza aldı - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Teyyub Ağakərimovun (1994-cü il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Miq.az-ın məlumatına görə, bu il iyunun 30-da Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində şəxsi münasibətlərın aydınlaşdırılması zəminində Teyyub Ağakərimov həmkəndlisi, 24 yaşlı Roman Əliosmanova 3 bıçaq zərbəsi vurmaqla onu yaralayıb. Sonuncu ağır vəziyyətdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, onun həyatını həkimlər xilas ediblər. Cinayəti törədən Ağakərimov həmin gün RPŞ-nın əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.
 
Məhkəmənin hökmü ilə T. Ağakərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

 
 
 
 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az