Həyat yoldaşını relsin üzərinə bağladı, qatar üstündən keçdi
Fransa vətəndaşı arvadını qətlə yetirdikdən sonra özünü öldürüb
Fransada ər öz həyat yoldaşını dəhşətli şəkildə qətlə yetirib. İstiPress rus mətbuatına istinadən xəbər verir ki, arvadını relsin üzərinə "skotç"la yapışdıraraq, sürətli qatarın onun üzərindən keçməsinə səbəb olub.
Arvadını qətlə yetirdikdən sonra o, özünü də öldürüb. Paris və Nant arasında yerləşən dəmiryollarının üzərində baş verən hadisənin səbəbi ötən gün məlum olub.
Emili və Giy iki il bundan ailə qurub. Ərin 37, arvadın 34 yaşı var. Onların əvvəlki nikahlardan 3, özlərinin isə 1 övladı olub. Giyin son 3 il ərzində işsizlikdən yaranan ağır depressiyadan əziyyət çəkdiyi deyilir. Cütlük ayrı yaşayırmış.
Miq.az