Hücumun sürətini qəsdən ləngidirik - Şoyqu

Hücumun sürətini qəsdən ləngidirik - Şoyqu

Rusiya Ukraynadakı xüsusi əməliyyatın sürətini evakuasiyaya imkan vermək və mülki əhalinin tələfatının qarşısını almaq üçün qəsdən ləngidir.

Miq.Az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

"Sakinlərin mühasirəyə alınmış yaşayış məntəqələrini tərk etməsi üçün atəşkəs rejimləri elan edilir, humanitar dəhlizlər yaradılır. Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrindən fərqli olaraq, əhalinin ola biləcəyi mülki infrastruktura zərbələr endirmir. Düşmənin atəş mövqeləri və hərbi obyektləri yüksək dəqiqlikli silahlarla vurulur”, - Şoyqu bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az