İçkili sürücü və iki qız "Niva" ilə yanacaqdoldurma məntəqəsinə girdi
Martın 7-si axşam saat 21 radələrində Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Baku.ws bildirir ki, Koroğlu Rəhimov küçəsində yüksək sürətlə hərəkət edən "Niva” markalı avtomobil idarəetməni itirərək ABU Petrol Yanacaq Doldurma Məntəqəsinə (YDM) çırpılıb.
Nəticədə YDM və avtomobilə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Şahidlərin verdiyi məlumata görə, avtomobildə sürücüdən əlavə iki qız olub. Sürücünün sərxoş olduğu bildirilir.
Miq.Az