İcra başçısından sərəncam: 29 yaşlı gənc müavin təyin edildi

İcra başçısından sərəncam: 29 yaşlı gənc müavin təyin edildi

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədovun sərəncamı ilə Etibar Sevincək oğlu Muradlı başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Miq.Az xəbər verir ki, 5 may 1993-cü ildə anadan olan Etibar Muradlı Bakı Dövlət Universitetini bakalavr dərəcəsi üzrə bitirdikdən sonra Çexiyanın Mendel Universitetində kənd təsərrüfatının menecmenti ixtisası üzrə magistr təhsili alıb.

"NPC Agro” konsaltinq və mühəndislik şirkətində direktor müavini vəzifəsində çalışıb.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı olub, "Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də işləyib.
Yeni təyinata qədər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində çalışıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az