Çin pilotsuz tankları sınaqdan keçirməyə başlayıb

Çin pilotsuz tankları sınaqdan keçirməyə başlayıb
Çin Dövlət Televiziyası ilk dəfə pilotsuz tankları nümayiş etdirib.

Miq.az APA-ya istinadən bildirir ki, Çin pilotsuz tankları sınaqdan keçirməyə başlayıb.Süni intellektlə təchiz olunmuş və modernləşdirilmiş bu tanklar sovet istehsalı olan T-54 tanklarının əsasında yığılıb. Çin hərbçiləri bildiriblər ki, zamanında çoxlu sayda belə tanklar istehsal edilib və hazırda yaxşı vəziyyətdə olan bu tanklar süni intellektlə təchiz olunmaqdadır. Bununla belə, "Global Times" yazıb ki, pilotsuz tankları klassik tank modelləri ilə müqayisə etdikdə, məlum olur ki, hələ də bir çox texniki problemlər həllini tapmalıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az