Çində təyyarə qəzaya uğradı

Çində təyyarə qəzaya uğradı

Şanxayda dəniz təyyarəsi körpüyə çırpılaraq qəzaya uğrayıb. Hazırda altı nəfərin xilas edilməsi üçün iş aparılır.

"RİA Novosti" xəbər verir ki, bu barədə beynəlxalq Çin radiosu (CRI) məlumat yayıb.

Hadisə şəhər çimərliklərindən birində baş verib. Bu, dəyəri təxminən 4,5 milyon dollar olan dəniz təyyarəsinin ilk uçuşu olub.

Hələlik ölən və yaralananların dəqiq sayı məlum deyil.

İlkin versiyaya görə, hadisənin başvermə səbəbi texniki nasazlıq olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az