İngiltərə azərbaycanlı hərbçini mükafatlandırdı - FOTO

İngiltərə azərbaycanlı hərbçini mükafatlandırdı - FOTO

Azərbaycan Ordusunun Zabiti Murtuz Zeynalov "Sandhurst” Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə ilə başa vurub.

Miq.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tviter hesabında məlumat verilib. Bildirilib ki, Zabit Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə "Hodson’s Horse Award” Mükafatına layiq görülüb. Məlumatda həmçinin qeyd olunub ki, İngiltərə Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini Britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az