Binə qəsəbəsi sakini Dilarə Zeynalova və iki yeniyətmə qohumu 22 gündür ki, İrandan Azərbaycana qayıda bilmir.
Vətəninfo.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya D. Zeynalovanın yaxınları məlumat veriblər.
Onlar bildirirlər ki, Dilarə və xalası uşaqları 15 yaşlı Həsən Ağayev, 17 yaşlı Firuzə Ağayeva avqustun 18-də İrana həkimə gediblər: "Bunlar həkim müayinəsində olarkən maşında olan əl çantası yoxa çıxıb. Çantanın içində 50 manat pul, qızıl əşyaları və hər üçünün sənədləri olub.
Sənədlər oğurlandığı üçün onlar Azərbaycana geri qayıda bilmirlər. Onlar taksi sürücü ilə bərabər dərhal İran polisinə müraciət ediblər. Hələ ki, sənədlər tapılmayıb. İranın Azərbaycandakı səfirliyinə, Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə müraciət etmişik. Sənədlərin kopyası müvafiq qurumlara təqdim olunub. Bununla bərabər proses yubadılır. Dərslərin başlamasına artıq bir həftə qalıb, amma uşaqlar hələ də İrandadır. Biz müvafiq qurumlardan məsələnin tez zamanda həll edilməsini xahiş edirik”.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”