İranda yeddi azərbaycanlı fəal həbs olundu - FOTO

İranda yeddi azərbaycanlı fəal həbs olundu - FOTO

İranda 7 azərbaycanlı fəal həbs olunub. Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat verib. Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəallar bildiriblər ki, Həmid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs olunublar.

Qeyd edilib ki, Tehranda saxlanılan Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.

Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Lakin onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az