İranın kəşfiyyat naziri İraqın şimalına səfər edib

İranın kəşfiyyat naziri İraqın şimalına səfər edib

İranın milli təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Mahmud Ələvi İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hökumət başçısı Neçirvan Barzani ilə görüşüb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

İranlı nazir və N.Barzani İslam Respublikası ilə muxtariyyət arasında əlaqlərin genişləndirilməsi və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Mahmud Ələvinin səfəri İraqın şimalındakı hökumətin müstəqilliklə bağlı referenduma hazırlaşdığı ərəfədə reallaşıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az