İranlı qadınlar baş örtüyünü açdı - 29 nəfər həbs edildi

İranlı qadınlar baş örtüyünü açdı - 29 nəfər həbs edildi
İranda məcburi baş örtüyünü etiraz etmək üçün hicabını çıxaran 29 nəfər həbs edilib.

Məsələ ilə bağlı Tehran polisi açıqlama verib. Açıqlamada deyilir: "Baş örtüyünü çıxaran 29 nəfər polis tərəfindən saxlanılaraq aidiyyatı qurumlara təhvil verilib".

Qeyd edilir ki, saxlanılanlar "ağ çərşənbə" adlı kampaniya çərçivəsində baş örtüklərini çıxarıblar. İranda baş örtüyü məcburidir və bu qaydaya tabe olmayanlar pul və ya həbs cəzasına məhkum edilir./olke.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az