İrəvan böyük problem qarşısında

İrəvan böyük problem qarşısında
Ermənistan kəndlərinin 45 faizini itirmək üzrədir

Ermənistanda bu ilin birinci rübündə işsizlik göstəricisi 19%-ə bərabər olub.

İstiPress-in məlumatına görə, dünya  səviyyəsi ilə belə çox yüksək olan işsizlik göstəricisi açıqlyan Ermənistan statistika xidməti öz məlumatında ölkədə 1202,9 min əmək qabiliyyətli adamın olduğunu və bunun 228,4 mininin işsiz, 975 min adamın isə məşğul olduğunu vurğulayıb.

Ermənistanın bu rəsmi göstəricisi Avropanın ən ağır vəziyyətdə olan ölkəsi İspaniyanın rəsmi işsizlik göstəricisinə - 19,6%-ə bərabərdir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda rəsmi işsizlik göstəricisi 5%-ə, Fransada 9,9%-ə, İsveçdə isə 6,9%-ə bərabərdir.

Ermənistanda işsizlik göstəricisi yalnız Yunanıstanın 22%-ə bərabər olan göstəricisindən geri qalır. Lakin Ermənistan iqtisadiyyatına yaxından bələd olan ekspertlər bu göstərici ilə razılaşmırlar və bu ölkədə işsizlik göstəricisinin daha yüksək olduğunu bildirirlər. Onların əsas istinad etdiyi mənbə də Ermənistan statistika xidmətidir. Rəsmi statistikaya görə, Ermənistanın əmək resursları 2,2 milyona bərabərdir. Lakin bu, ölkədəki real əhali sayından xeyli yüksək göstəricidir və bütün müstəqil mənbələr Ermənistan əhalisinin real sayının 1,8-1,9 milyon ətrafında dəyişdiyini bildirirlər. 

Əslində, 2,2 milyona bərabər əmək resursu 3 milyonluq rəsmi əhali sayına uyğunlaşdırılmış göstəricidir. Bu hesabla Ermənistanda real əmək resurslarının sayının 1,4 milyon, əmək qabiliyyətlilərin sayının 760 min olması ortaya çıxır. Beləliklə, 228,4 min işsiz Ermənistanın əmək qabiliyyətlilərinin 30 faizinə bərabərdir. Ölkə üzrə işləynələrin sayı isə təxminən 530 min  olduğu ortaya çıxır. Bunları təxminən 130 mini sırf dövlət qulluğunda, xeyli hissəsi təhsil və səhiyyə sistemində, orduda, az bir qismi isə özəl sektorda çalışır. Göründüyü kimi, əmək qabiliyyətli hər 3 ermənidən biri işsizdir və bu, ölkədən xaricə miqrasiyanın kökündə dayanan əsas səbəbdir. 

Ermənistanın keçmiş ombudsmeni Larisa Alaverdyanın dediyinə görə, ölkədə yoxsulluğunun və işsizliyin əsasında yüksək səviyyəli korrupsiya durur. Onun sözlərinə görə, erməni məmurlar korrupsioner olmaqla yanaşı həm də qeyri-peşəkardırlar. Buna görə də düzgün idarəçilik təşkil edə bilmirlər.

Əslində, Larisa Alaverdiyan Ermənistanın başına gələn bəlaların əsas səbəbini açıqlamayıb. Heç kimə sirr deyil ki, Ermənistanın bəlalarının kökündə Qarabağın və digər Azərbaycan torpaqlarının işğalı durur. SSRİ-nin dağılmasınan istifadə elərək Moskvanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etmiş faşistlər Ermənistanı böyük problemlərlə üz-üzə qoydular - ölkə bütün regional layihələrdən və regional iqtisadi inteqrasiyadan kənarda qaldı.

Hazırda Ermənistanın əyalətləri boşalır, əhali birdəfəlik Rusiyaya köçür. Müstəqillikdən bu yana Ermənistanda 100-ə yaxın kənd tamamilə yox olub, 300-ü isə tam ləğv olunmanın astansındadır. 1990-cı illərdə Ermənistanda 900-ə yaxın kənd olub. Yəni kəndlərin 45 faizi məhv olmaq ərəfəsindədir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az