İrəvan silkələnir: Nikol Qərargah rəisini istefaya göndərdi

İrəvan silkələnir: Nikol Qərargah rəisini istefaya göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.

Miq.Az xəbər verir ki, Paşinyan bu barədə Feysbuk səhifəsindəki canlı yayım zamanı deyib.

"Situasiya çox çətindir. Bilirsiniz ki, mən Baş Qərargah rəisi və onun birinci müavinini vəzifədən azad etmək haqqında qərar qəbul etmişəm. Bu qərarın səbəbini meydanda açıqlayacağam. İndi ən vacib hədəf mülki və xalq hakimiyyətini saxlamaqdır”, – deyə o bildirib.

Qeyd edək ki, Baş Qərargah az öncə Nikol Paşinyanı istefaya çağıran bəyanat yaymışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az