İrəvanda etiraz aksiyası davam edir - Tələbələr hərbi xidmətə getmək istəmir

İrəvanda etiraz aksiyası davam edir - Tələbələr hərbi xidmətə getmək istəmir
İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan etirazçılar dərslərdə iştirak etməkdən imtina edirlər.
Hazırda tələbələr sözügedən ali təhsil ocağının bütün korpuslarından keçməklə yürüş edirlər.
Aksiya artıq dörd gündür davam edir.
Qeyd edək ki, dünən tələbələr baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Ermənistan Nazirlər Kabinetində keçirilən iki saatlıq görüş nəticəsiz qalıb.
Xatırladaq ki, Ermənistan parlamenti birinci oxunuşda "Hərbi xidmət haqqında” yeni qanun layihəsini qəbul edib. Sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az