İŞİD Liviyada bir neçə rayonu ələ keçirdi

İŞİD Liviyada bir neçə rayonu ələ keçirdi
İŞİD terror qruplaşması Liviyanın şərqində bir neçə rayonu ələ keçirib.

Al-Wasat nəşri xəbər verir ki, terrorçular Əbu-Qreyn şəhəri və bir sıra xırda yaşayış məntəqələrini tutublar.

Nəşrin məlumatına görə, hücumdan əvvəl terrorçu-kamikadzelər partlayıcı maddələrlə yüklənmiş avtomobillərdə döyüş postlarını partladıblar. Zəbt edilən ərazilərdə yaraqlılar öz postlarını qurublar.

Hücumdan sonra şəhərdə üçü polis, dördü isə hərbi qulluqçu olmaqla, 7 nəfər edam edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az