İsrail İran gəmisini raketlə vurdu - Tərəflər susur

İsrail İran gəmisini raketlə vurdu - Tərəflər susur

İran İnqilab Keşikçiləri Korpusuna məxsus gəmi Qırmızı dənizdə hücuma məruz qalıb.

Miq.Az xəbər verir ki, bu iddia ilə "Əl-Ərəbiyyə” telekanalı çıxış edib.

İranın "Mehr” Agentliyi isə iddianı təkzib edərək əsassız xəbər olduğunu bəyan edib.

Ərəb mediasında yer alan xəbərlərə görə, gəmi hücum zamanı böyük ziyan çəkə bilər. Gəminin İsrail tərəfindən raketlə vurulduğunu iddia edən ərəb mətbuatına görə, gəmi Qırmızı dənizin cənubunda Yəmən istiqamətində hərəkət edib.

Yayılan iddialarla bağlı nə İran, nə də İsrail rəsmi açıqlama verib.

Qeyd edək ki, martın 25-də İsrail mediası ölkəyə aid yük gəmisinin Oman körfəzində İran tərəfindən raket hədəfinə alındığını açıqlamışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az