İsrail polisi ilə toqquşmalarda 2 fələstinli həlak olub

İsrail polisi ilə toqquşmalarda 2 fələstinli həlak olub

Bu gün İordan çayının qərb sahilində baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 760 nəfər xəsarət alıb. Bu barədə RİA "Novosti”yə yerli tibb xidmətinin nümayəndələri bildirib.

"Bu gün iğtişaşlarda iki fələstinli ölüb,  daha üçü ağır vəziyyətdədir”, - deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 760-dən çox fələstinli yaralanıb, onlardan 60-ı güllə yarası alıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra "Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı "Qəzəb Cüməsi” elan edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az