İsrail Suriyadan açılan atəşə aviazərbə ilə cavab verib

İsrail Suriyadan açılan atəşə aviazərbə ilə cavab verib
İsrail aviasiyası Suriyadan hazırda nəzarəti altında olan mübahisəli Colan təpələrinə açılan atəşə cavab olaraq, ərəb ölkəsi ilə sərhədyanı zonalara havadan zərbə endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Suriya ərazisindən minaatanlardan açılan atəş nəticəsində ölən və yaralanan olmayıb.

Hərbçilər əvvəllər əksər bu kimi hallarda olduğu kimi, mərmilərin qonşu dövlətdə qruplaşmalar arasında gedən atışma nəticəsində, təsadüfən Colan təpələri ərazisinə düşdüyünü ehtimal edirlər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az