İsrail Suriyaya raket zərbəsi endirdi - Ölənlər var

İsrail Suriyaya raket zərbəsi endirdi - Ölənlər var

Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərinə raket hücumu olub.

Miq.Az "SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb.

Zərbədən sonra kənddə yanğın başlayıb.

Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.

Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.

İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az