KİV haqqında qanunda dəyişiklik

KİV haqqında qanunda dəyişiklik

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.  

Vətəninfo.az xəbər verir ki, Milli Məclisin iclası zamanı qanun layihəsi haqqında deputat Rafael Hüseynov  məlumat verib.   Qanunun 14-cü maddəsinə edilən dəyişikliyə əsasən, dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanın rəyinin nəzərə alınmasını nəzərdə tutur.  

"KİV haqqında çevik dəyişikliyin olması qanunauyğundur. Bu qanun layihəsinə edilən dəyişiklik dini mətbu nəşrlərlə bağlıdır.   Bəzən dini nəşrlərdən sui-istifadə halları olur. Mətbu nəşri təsis etmək istəyən hüquqi və fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməlidir.  

Edilən dəyişikliyə əsasən dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanın rəyi sənədlərə əlavə olunur”. 

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az