Klinton prezidentliyə namizəd olmağa razılıq verdi

Klinton prezidentliyə namizəd olmağa razılıq verdi

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib.

RİA Novosti-ninj verdiyi xəbərə görə, ABŞ-ın siyasi ənənələrinə uyğun olaraq, Klinton partiyanın Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı prezidentliyə namizəd olmağa rəsmi razılıq verib.

Qeyd edək ki, qurultay iyulun 26-da Klintonun prezidentliyə namizədliyini rəsmi olaraq təsdiqləyib. ABŞ vitse-prezidenti postuna isə Tim Keynin namizədliyi təsdiqlənib. Hillari Klinton ABŞ tarixində prezident postuna namizədliyi irəli sürülən ilk qadındır. ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az