Koronavirusa yoluxanlar əvvəl arıqlayır, sonra kökəlir...

Koronavirusa yoluxanlar əvvəl arıqlayır, sonra kökəlir...
Koronavirusa yoluxanlar əvvəl arıqlayır, sonra kökəlir...
Koronavirusa yoluxmuş insanlar xəstəlikdən sağalandan sonra kökəlmə problemi ilə üzləşə bilərlər. Kökəlmə riski daha çox qalxanvari vəzidə problemi olan və mikroelementlərin çatışmamazlığından əziyyət çəkən pasiyentlərdə müşahidə oluna bilər. Bu haqda gazeta.ru rusiyalı həkimlərin rəyinə əsasən yazır.

Məsələ ondadır ki, xəstəlik müddətində virus mərkəzi sinir sisteminə təsir edir və intoksikasiya baş verir, həmçinin insan xəstəlik zamanı dadbilmə qabiliyyətini itirir. Bütün bunlar insanın iştahının pozulmasına səbəb olur. Sağaldıqdan sonra isə iştah kəskin sürətdə artır və bu da piylənməyə gətirir.

Həkimlər qeyd edir ki, ümumiyyətlə, COVİD-19 orqanizmdəki problemləri və çatışmazlıqları daha da artırır. Ekspertlərin fikrincə, qlükoza insan orqanizmi üçün əsas enerji mənbələrindən biridir, lakin lazımi nutriyentlərin çatışmamazlığından qlükozanı yandıran anatomik proseslər baş vermir, buna görə də çatışmamazlıq orqanizmdə piyə çevrilir, bu da, təbii ki, piylənməyə gətirir. Bir tərəfdən orqanizmin enerjiyə eytiyacı var, və enerji istifadə olunur, digər tərəfdən isə həmin enerji tam istifadə olunmur, çünki koronavirus orqanizmdəki çatışmamazlıqları daha da çoxaldır./Virtualaz.org/

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az