Kreml İrəvanı Azərbaycan Ordusu ilə cəzalandırır: Geniş hərbi əməliyyat olacaq

Kreml İrəvanı Azərbaycan Ordusu ilə cəzalandırır: Geniş hərbi əməliyyat olacaq

Hər şey öz axarı ilə gedirdi. Hadisələr İrəvanda Rusiya Prezidenti Vladimir Putinin də yer aldığı KTMT sammitində Ermənistan Baş naziri Nikol Paşinyanın yekun sənədlərə qol çəkməkdən imtina etməsindən sonra dəyişdi. Kreml bu dəfə İrəvanı cəzalandırmaq qərarına gəlib. Hər şey Ermənistanın tam olaraq dövlətçiliyinin bitməsi ilə başa çata bilər.

Miq.Az Axar.az-a istinadən xəbər verir ki, bu fikirlərlə Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan çıxış edib.

"Yaxın zamanlarda Azərbaycan Ordusu Üçtərəfli bəyannamənin bütün bəndlərinin icrasını geniş bir hərbi əməliyyat nəticəsində həll edəcək. Buna artıq Kreml də göz yumacaq, KTMT də. Çünki KTMT-nin köməyindən İrəvan özü imtina etdi. Özü özünün qəbrinin ağzını açdı. Hər şey çox tez baş verəcək. İrəvan özünə gələnə qədər Azərbaycan Ordusu bütün qoyulan tapşırıqları yerinə yetirəcək”, - deyə o qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az