Kürdəmirdə 21 yaşlı gənc güllələnərək qətlə yetirilib

Kürdəmirdə 21 yaşlı gənc güllələnərək qətlə yetirilib

Kürdəmir rayonunda 21 yaşlı oğlan güllələnərək qətlə yetirilib.

Rayonun İsmayıllı kənd sakini, 1997-ci il təvəllüdlü Kənan Əhmədli ov tüfəngindən açılan atəş nəticəsində ölüb. 

Ailə üzvlərinin "Report"a verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib: "Tüfəngi təmizləyirdi. Qəfildən güllə səsi eşitdik və gəlib gördük ki, Kənan yerdə qan içində uzanıb".

Həkimlər isə ailəsinin verdiyi məlumatı təkzib edərək bildiriblər ki, K.Əhmədli sağ boyun nahiyəsindən odlu silahdan açılan atəş nəticəsində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az