Laçın SES-in fəaliyyəti bərpa olundu - FOTO

Laçın SES-in fəaliyyəti bərpa olundu - FOTO

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına köməklərini davam etdirirlər.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrda əldə olunmuş razılaşma nəticəsində Laçın Su Elektrik Stansiyasının maşın salonu Rusiya sülhməramlılarının məsuliyyət zonasının nəzarətinə, ərazidəki su elektrik stansiyasının bəndi isə Azərbaycanın nəzarətinə keçib.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin komandanlığının dəstəyi ilə hidroelektrik stansiyanın istismarı bərpa edilib. Hazırda Rusiya sülhməramlıları qovşaqlar və elektrik stansiyanın fəaliyyətində işlər görmək üçün mühəndislərin təhlükəsizlik və maneəsiz girişini təmin edir.

Qeyd olunub ki, bu, Xankəndi şəhərinin, həmçinin onun yaxınlığında yerləşən yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunmasına imkan verir.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az