Vətəninfo.az xəbər verir ki, cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1771 minik avtomobili istehsal olunub. ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu rəqəm 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,4 dəfə üstələyir.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunub. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır. Statistik məlumatlarda qeyd olunur ki, bu ilin 8 ayı ərzində ölkədə 180 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 22,4 faiz çoxdur. 2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunmuşdu ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyib.
Bundan başqa, hesabat dövründə ölkədə 874 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2 dəfə çoxdur. 2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilmişdi. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR