Londonun müsəlman meri - Sadiq Xan - FOTO

Londonun müsəlman meri - Sadiq Xan - FOTO

Londonun meri müsəlman leyborist Sadiq Xan seçilib.
 
ANS PRESS-in məlumatına görə, o bu vəzifədə ilk müsəlman kimi tarixə düşəcək. Əslən pakistanlı  fəhlə ailəsindən olan 46 yaşlı Sadikin atası avtobus sürücüsü olub. 8 uşaqlı ailə (hazırki mer ailənin 5-ci uşağı olub - red.) Londonun yaxınlığında yerləşən sosial mənzildə yaşayıb. Xan - insan haqları üzrə ixtisaslaşmış hüquqşünasdır. 2008-ci ildən 2009-cü ilədək o yerli idarəetmə məsələləri üzrə nazir vəzifəsini tutub, 2009-2010-cu illərdə isə nəqliyyat naziri vəzifəsini icra edib. 
2013 və 2015-ci illərdə Xan Böyük Britaniya müsəlmanları arasında "İlin siyasətçisi" adına layiq görülüb. 
Onun proqramının əsas bəndlərini yaşayış tikintisinin inkişafı, sosial sahə, ictimai nəqliyyatda qiymətlərin artırılmaması və Hitrou hava limanın genişləndirilməməsi təşkil edir.
Xanın həyat yoldaşının adı Saadiya Əhməddir və o həmçinin hüquqşünasdır. Cütlüyün iki qızı böyüyür.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az