Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun müqəddəratı bəlli olub.
Miq.az yenicag.az-a istinadən xəbər verir ki, Səlifovun Rusiyaya təhvil veriləcəyi dəqiqləşib.
Qarşıdakı günlərdə onun ekstradisiyası rəsmiləşəcək.
Qeyd edək ki, oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Nadir Səlifovun üzərindən Azərbaycan pasportu çıxıb. Bu səbəbdən "Lotu Quli"nin əvvəlcə ölkəmizə təhvil veriləcəyi gözlənilsə də, Azərbaycan tərəfi bundan imtina edib.
Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. Bu ittihamlarla Rusiya "Lotu Quli" barəsində beynəlxalq axtarış elan etmişdi.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?